Daha bir partiya sədri vəzifəsindən gedir

Daha bir partiya sədri vəzifəsindən gedir

Türkiyədə daha bir müxalifət partiyasının sədri dəyişəcək.

“Cebhe.info” xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyadan sonra Səadət Partiyasının sədri də vəzifəsindən gedir.

Belə ki, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu vəzifəsindən getməyə qərar verib. 

Türkiyə mətbuatında dərc olunan xəbərlərə əsasən, partiyanın noyabr ayında keçiriləcək qurultayında Karamolloğlu yenidən namizədliyini irəli sürməyəcək.

Partiyanın mətbuat katibi və İstanbuldan olan deputatı Birol Aydının adı isə sədrlik üçün hallanır.

Elmir Mustafa
“Cebhe.info”