Netanyahuya "Rədd ol get" şüarı

Netanyahuya "Rədd ol get" şüarı

 İsrailin Baş naziri Binyamin Netanyahuya Qərbi Qüdsdəki "Yad Vaşem" Holokost Memorial Mərkəzində "Rədd ol get" şüarı ilə etiraz edilib.

"Cebhe.info" xəbər verir ki, Netanyahu İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən həyata keçirilən Holokost (yəhudi soyqırımı) qurbanlarının anım mərasimində iştirak edib.

Baş nazir Netanyahu Yad Vaşemdəki Holokost abidəsinə əklil qoyarkən oradakı nümayişçilər ona etiraz edib.

Etirazçılardan biri Netanyahuya müraciət edərək, "İsrail xalqı tərk edilmiş uşaqlarımızı xatırlasın. Rədd ol get",- deyə qışqırıb. 

Nigar Hacılı 
"Cebhe.info"