Papua-Yeni Qvineyada torpaq sürüşməsi baş verib

Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670-dən çox insan həyatını itirib.
Bu barədə “PA Media” məlumat yayıb.
BMT-nin miqrasiya agentliyinin ölkədəki missiyasının rəhbəri Serhan Aktoprak bildirib ki, ölənlərin sayının artmasına səbəb Yambali kəndi və Enqa vilayətində 1300-dən çox evin torpaq altında qaldığına dair rəsmi məlumatlardır.
Bununla da 200-ə yaxın ev torpaq altında qalıb. Ərazidə geniş yayılmış qəbilə müharibəsi xilasetmə səylərini təhdid etdiyi üçün sağ qalanlar daha təhlükəsiz yerə daşınır.
"Cebhe.info"