Rusiya eks-naziri axtarışa verdi

Rusiya eks-naziri axtarışa verdi

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın sabiq informasiya siyasəti naziri Yuri Stetsi axtarışa verib.

"Cebhe.info" xəbər verir ki, bu barədə DİN-in verilənlər bazasından bəlli olub.

“Yuri Yaroslavoviç Stets 19 dekabr 1975-ci ildə anadan olub. Sabiq nazir Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”, - qurumun bazasında diqqətə çatdırılsa da, maddə aydınlaşdırılmayıb.

Aprel ayında İstintaq Komitəsi Stetsi Donbassda qondarma antiterror əməliyyatına rəhbərlik etməkdə ittiham edilmişdi.

Komitə Stetsin cinayət əməlləri nəticəsində 16-sı uşaq olmaqla 582 nəfərin yaralandığını və həlak olduğunu, qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR”-in (Luqansk Xalq Respublikası) 237-dən çox mülki infrastruktur obyektinin tamamilə məhv edildiyini və ya zədələndiyini bildirib.

Nigar Hacılı 
"Cebhe.info"