Rusiyadan Ukraynaya dəhşətli gecə hücumu

Rusiyadan Ukraynaya dəhşətli gecə hücumu

Rusiya silahlı qüvvələri Ukraynanın üç regionundakı mühüm enerji infrastrukturu obyektlərinə aviazərbələr ediblər.

"Cebhe.info” xəbər verir ki, bu barədə Ukrayna energetika naziri Qerman Qaluşenko “Facebook” səhifəsində yazıb.

Bildirib ki, aprelin 27-də axşam saatlarından başlayaraq Rusiya silahlı qüvvələri növbəti dəfə “Şahed” tipli pilotsuz təyyarələrlə Ukraynaya genişmiqyaslı hücuma keçiblər.

Onun sözlərinə görə, hazırda Dnepropetrovsk, İvano-Franksovk və Lvov vilayətləri enerji infrastrukturuna ziyan dəyib:

“Hücum zamanı enerji obyektlərində çalışanlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Artıq energetiklər nəticələrin aradan qaldırılması üzərində işləyirlər”.

Həsən Məmmədov 
"Cebhe.info"