Şimal-Cənub marşrutu ilə yükdaşımalar artıb

2023-cü ilin yanvar-may aylarında Şimal-Cənub dəmir yolu xətti üzrə yük daşımaları 40 %-dən çox artaraq 4 milyon tona çatıb.
Cebhe.info xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
"Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi (BNT) üzrə yanvar-may aylarında daşınmalar 41,8 % artaraq 4 milyon ton təşkil edib.
Əsas pay Azərbaycandan keçməklə Rusiyanı İranla birləşdirən qərb marşrutunun payına düşüb, yəni bu, 3,6 milyon ton təşkil edib (artım 37,9%). Digər dəhlizlərdə dinamika daha yüksək olsa da, yükdaşımaların həcmi azdır", - nəşr yazıb.
Nəşr qeyd edib ki, şərq marşrutu üzrə hərəkətin artması bir sıra üstünlüklərlə bağlı olub.
Məsələn, ötən ilin sonunda Qazaxıstan və Türkmənistandan keçən şərq marşrutu üzrə konteyner daşımalarına 20 % endirim tətbiq edilib.
Bu arada analitiklər hesab edirdilər ki, Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda artım davam edəcək:
"Nəzərə alsaq ki, Qərbdən malların tədarükünə qoyulan məhdudiyyətlər ancaq arta bilər, bu istiqamətdə yüklərin daşınmasına tələbat artacaq. Bir sıra infrastruktur məhdudiyyətlərinə baxmayaraq, artım Rəşt-Astara sahəsinin tikintisi başa çatana qədər davam edəcək", -deyə analitiklər qeyd ediblər.
Xatırladaq ki, mayın 17-də Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolunun işə salınması qlobal nəqliyyat axınını şaxələndirəcək.
Sevinc Tapdıqqızı
Cebhe.info