Timsah uçuş zolağına çıxıb

Timsah uçuş zolağına çıxıb

 ABŞ-nin Florida ştatındakı MakDill Hərbi Hava Qüvvələri bazasında timsah uçuş-enmə zolağına çıxıb.

"Cebhe.info" xəbər verir ki, kadrlarda timsahın təyyarənin yanında tapıldığı və 3 məmur tərəfindən diqqətlə tutulduğu görülüb.

Florida ştatının Tampa şəhərində yerləşən MacDill Hərbi Hava Qüvvələri dünən verdiyi açıqlamada yerə enən təyyarənin yanında timsah göründüyünü və zabitlər tərəfindən diqqətlə tutulduğunu açıqlayıb:

"Bir timsah MacDill Hərbi Hava Qüvvələri Bazasında uçuş-enmə zolağına qaçdı. Timsah Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyası (FWC) tərəfindən tutuldu və Hillsboroughda çaya buraxıldı. Ən yeni dişli təyyarəçimiz (timsah) bazadan kənarda daha uyğun bir mühitdə yerləşdirildi. FWC-yə yardımları üçün özəl təşəkkürlər". 

Nigar Hacılı 
"Cebhe.info"