Üç Ukrayna əsgəri ruslara təslim oldu

Üç Ukrayna əsgəri ruslara təslim oldu

Üç ukraynalı əsgər aprelin 17-də Rusiya qoşunlarına təslim olmaq üçün Xerson vilayətində Dnepr çayını üzərək keçib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru Vladimir Saldo "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, üç ukraynalı əsgər aprelin 17-də səhər saatlarında Rusiya Ordusuna təslim olmaq üçün Dnepri üzərək keçib:

“Onlar öz niyyətləri barədə bizim hərbi komandanlığımıza əvvəlcədən xəbər veriblər və bütün səylər yaxşı əlaqələndirilib və uğurla həyata keçirilib. İndi onlar sağ qalacaqlar və Rusiya xüsusi hərbi əməliyyatda qələbə çaldıqdan sonra ailələrinin yanına qayıdacaqlar".

Regionun qubernatoru digər ukraynalı əsgərləri də Rusiya tərəfinə keçməyə və müvafiq yardım istəməyə çağırıb.

Nigar Hacılı 
"Cebhe.info"