Ukraynalıların Gürcüstanda vizasız qalma müddəti uzadılıb

Ukraynalıların Gürcüstanda vizasız qalma müddəti uzadılıb

Ukrayna vətəndaşları Gürcüstanda iki il əvəzinə üç il vizasız qala biləcəklər.

Bu barədə Gürcüstan hökumətinin qərarında deyilir.

2024-cü il fevralın 24-dək iki illik müddəti uzada bilməyən Ukrayna vətəndaşları əlavə cərimələr olmadan daha bir il Gürcüstanda qala biləcəklər.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

"Cebhe.info"