Çingiz Abdullayev yubileyini qeyd edəcək

Çingiz Abdullayev yubileyini qeyd edəcək

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev yubileyini qeyd etməyə hazırlaşır.

“Cebhe.info” xəbər verir ki, o, 65 yaşını və 40 illik yaradıcılıq fəaliyyətini oxucuları ilə birgə keçirəcək.

Belə ki, Çingiz Abdullayev dostları ilə birlikdə bu əlamətdar gündə Bakı Opera Studiyasının səhnəsində çıxış edəcək. 

20 apreldə baş tutacaq tədbir saat 20:00-da başlayacaq. Biletlər isə 10-39 manat aralığında təklif olunur.

Elmir
“Cebhe.info”