Həbs edilən general Mirzə Mirzəyev kimdir?
Xəbər verdiyimiz kimi, Rusiya Qvardiyasının Cənub Dairəsi komandirinin müavini Mirzə Mirzəyev həbs edilib.
Modern.az-ın məlumatına görə, əslən azərbaycanlı olan Mirzə Mirzəyev Mais oğlu 26 may 1972-ci ildə Stavropolda anadan olub.
O, 2006-cı ildə Sankt-Peterburqda Hərbi Logistika və Nəqliyyat Akademiyasını bitirib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, general Mirzə Mirzəyevin Stavropol diyarında Budyonnovsk Dumasına namizədliyi irəli sürülüb.
Mətbuatda yayılan məlumata görə, Mirzəyev Rusiya Qvardiyasının “ən zəngin” generallarından biri olub. Onun milyonlarla dəyəri olan bahalı avtomobilləri və mülkiləri var.
General rüşvət tələb etməkdə ittiham olunur. O, tikililər üçün modul təchizatçısından 140 milyon rubl tələb edib və verilməyəcəyi 480 milyonluq müqaviləyə xitam verəcəyi ilə hədələyib. Şirkət Mirzəyevə vəsait köçürüb, general bundan sonra saxlanılıb. Vəkillər Mirzə Mirzəyevin ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə onun istintaq təcridxanasına göndərilməsi barədə qərar verib. Mirzəyev 2025-ci il yanvarın 2-dək həbs edilib.
"Cebheinfo.az"