Yüksək Liqa: "Abşeron" və "Azərreyl" yarımfinala qələbə ilə başlayıblar

Yüksək Liqa: "Abşeron" və "Azərreyl" yarımfinala qələbə ilə başlayıblar

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.

Yarımfinalın ilk oyunlarında "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşıb. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunub.

Birincilərin duelində nominal meydan sahibləri 3:1 (27:29, 25:18, 19:25, 18:25) hesablı qələbə qazanıblar. "Azərreyl" - UNEC oyununda isə "dəmiryolçular" quru hesabla qalib gəliblər - 3:0 (25:7, 25:14, 25:17).

Qeyd edək ki, yarımfinal mərhələsi iki, final isə üç qələbəyə kimi oynanılacaq.

Cebhe.info