Azərbaycanda 10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatı olunub - FOTO

Azərbaycanda 10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatı olunub - FOTO

Azərbaycanda 10 yaşlı qız 3-cü dəfə ürək əməliyyatına məruz qalıb.

Həkimlər 2014-cü ildə Qubanın Möhüc kəndində təkkameralı ürəklə doğulan Züleyxanın valideynlərinə körpənin yaşamasının imkansız olduğuni bildirmişdilər.

Amma uşağın valideynləri bununla razılaşmayaraq müvafiq qurumlara müraciət edib kömək istəmişdilər.

Züleyxa 3 aylığında Heydər Əliyev Fondunun köməyilə ilk əməliyyata məruz qalmışdı. Əməliyyat tanınmış ürək cərrahı, deputat Rəşad Mahmudovun rəhbərliyilə keçirilmişdi. Bu günlərdə o, 3-cü dəfə əməliyyat olunub.

"Cebhe.info" xəbər verir ki, kardioloq Rəşad Mahmudov Züleyxanın hazırkı vəziyyəti barədə danışıb:

“Onun kiçik və yarımçıq ürəyi üçün hamımız səfərbər olmuşduq. Heydər Əliyev Fondunun köməyi ilə hələ 3 aylığında (2014) birinci mərhələ ürək əməliyyatını icra etmişdik. 6 il əvvəl ikinci mərhələ, 10 gün əvvəl isə üçüncü və sonuncu mərhələ əməliyyatını həyata keçirdik. Hər şey qaydasındadır”.

"Züleyxa və ailəsi bizdən, biz isə başda Allahdan, sonra isə bu illər ərzində çətin, riskli və məsuliyyətli işlərin görülməsində bizi tək buraxmayan xeyriyyəçi dostlarımızdan və dövlətimizdən çox razıyıq!", - Rəşad Mahmudov əlavə edib.

"Cebhe.info"