Medianın İnkişafı Agentliyinin yaranmasından iki il ötür

Medianın İnkişafı Agentliyinin yaranmasından iki il ötür

Media İnkişaf Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə iki il öncə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşmasına dəstək məqsədilə yaradılıb.

Agentliyin qarşısında duran əsas prioritetlər media subyektlərinin inkişafına dəstək vermək, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görülməsidir.

MEDİA yarandığı dövrdən etibarən işini bu istiqamətdə qurur və medianın inkişafı üçün müxtəlif layihələrin icrasını həyata keçirir. Jurnalistlər üçün keçirilən müxtəliflər təlimlər, seminarlar bu qəbildəndir. Keçirilən təlim, seminarların keyfiyyətli olması və məqsədlərə çatmaq üçün prosesə xarici və yerli media mütəxəssisləri dəvət olunur. Bu sahədə xarici təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Respublikasının "Media haqqında" yeni qanunu hazırlanaraq qəbul edilib. 2022-ci ilin 1 yanvar tarixindən qüvvədə olan bu qanun da öz növbəsində media mühitinin sağlamlaşdırılması və keyfiyyətli media standartlarına uyğunlaşmasında mühüm rol oynayır.

Söz və mətbuat azadlığının qorunması sahəsində olan irəliləyişlər bir daha göstərir ki, dövlət medianın daha da inkişafında maraqlıdır. Qanunun qəbulu ilə yeni hədəflərin müəyyənləşməsinə, iqtisadi bazanın formalaşmasına önəm verilməsi ilə yanaşı kadr potensialını və peşəkarlıq səviyyəsinin artırılması da həyata keçirilir. Bütün bunlar isə media sahəsində inkişafa təkan verir.

"Cebhe.info" Xəbər Portalı və "Cümhuriyət" qəzeti olaraq, Medianın İnkişafı Agentliyini təbrik edir, fəaliyyətində uğurlar diləyirik.

Cebhe.info