Paşinyana sərt suallar verən jurnalst ölümlə hədələnib

Bu gün İrəvanda “Aravot” qəzetinin jurnalisti Hripsime Jebejyanın hədələnməsi və təhqir edilməsi işi üzrə məhkəmə iclası keçirilir.
Cebhe.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, jurnalist Hripsime Jebejyan bir müddət əvvəlk mətbuat konfransı zamanı Baş nazir Nikol Paşinyana kəskin suallar verdikdən sonra hədələnib və təhqir edilib.
Bununla bağlı açılan cinayət işi Ermənistan Baş Prokurorluğunda araşdırılıb.
Məlumata görə, sosial şəbəkələrin saxta və real istifadəçiləri Nikol Paşinyana kəskin suallar verən qadın jurnalistə qarşı kampaniya aparıblar. Onu ölümlə hədələyib, azyaşlı oğlunun şəkilləri də şantaj ediblər.
Jebejyan günahkarların tapılıb cəzalandırlımasını tələb edib./Modern.az
Cebhe.info