Küçəyə atılan professor bu gün yeni mənzilə köçür

Küçəyə atılan professor bu gün yeni mənzilə köçür

Bir neçə gündür, küçədə gecələyən professor Fazil Qara oğlu İsmayılov (Qaraoğlu) ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. 

Fonddan bildirilib ki, alimin 1 illik kirayə haqqı Fond tərəfindən ödəniləcək.

Naşir, tərcüməçi, Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu professorun vəziyyəti ilə bağlı "Cebhe.info"-ya bildirib ki, dünən axşam Fazil Qaraoğlu yeni yerə köçürülüb:

"Düzdür, dünən evdə gecələmədi, oteldə gecələdi. Amma bu gün əşyaları yerbəyer ediləcək, köçdüyü mənzildə yaşamağa başlayacaq. Onun adına vəsait toplanıb. Şəxsiyyət vəsiqəsi yoxdur, tapa bilmir. Dedi ki, tapacam. Şəxsiyyət vəsiqəsini əldə etdikdən sonra bankda hesab açılacaq və toplanan vəsait onun bank hesabına köçürüləcək".

Xatırladaq ki, Tükriyənin Ankarada yerləşən Qazi Universitetində çalışan F.Qaraoğlu Bakıya qayıtdıqdan sonra 17 il paytaxtda kirayədə yaşayıb. Bir neçə gündür ki, kirayə haqqını ödəyə bilmədiyi üçün evindən çıxarılıb. 

Ləman İsmayıl
"Cebhe.info"