Məktəbdə baş verən hadisənin detalları bəlli oldu

Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbin ikinci sinif şagirdi Məmmədzadə Təranə gözündən ağır zədə alıb.
Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib.
Cebhe.info xəbər verir ki, bu haqda Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məlumat yayıb:
Dünən adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik:
“Hadisə baş verən sinifin ibtidai sinif müəllimi Südabə Şükürova xanım hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik.
Müəllimənin qeyd etdiyi əsas məqamlar isə bunlardır.
Olay 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Məmmədzadə Təranənin atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib.
Şagirdin valideynlə iki gün öncə telefon əlaqəsi yaratdım, Təranənin anası Vüsalə xanımın məlumatına əsasən, onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olmuşdur. Eyni zamanda valideyn məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib”.
Günel Səfərova daha sonra qeyd edib ki, ibtidai sinif müəllimi Südabə Şükürova hadisəyə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi:
“Eyni zamanda, uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi. Məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət vermişdir. İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”.
Ləman İsmayıl
Cebhe.info