Qurban kəsirik: Nəyi bilməliyik?

Qurban kəsirik: Nəyi bilməliyik?

Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək.

İslam aləminin ən müqəddəs günlərindən sayılan Qurban bayramının əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir.

Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Qurban kəsmək üçün ilk növbədə kəsilən heyvan sağlam olmalıdır:

"Qurbanı kəsən adam müsəlman olmalıdır, ən azı kəlimeyi-şəhadəti bilməlidir. Qurban qibləyə doğru kəsilməlidir. Qibləni tam müəyyən etmək lazımdır ki, qanı çıxsın. Qurban kəsilən yer isə təmiz olmalıdır. Qurban kəsilən heyvanın içalatını atmaq olmaz, çünki mundarlanır, buna görə də onu basdırmaq olar. Bildirim ki, qurban ətinin hamısı paylanılmalıdır deyə bir qanun da yoxdur".

Ləman İsmayıl
"Cebhe.info"