Rusiyaya gedən azərbaycanlıların diqqətinə: Uşaqlarınız...

Rusiyaya gedən azərbaycanlıların diqqətinə: Uşaqlarınız...

“Rus məktəbləri isə rus dilini lazımi səviyyədə bilən tələbələri qəbul etməlidir”.

“Cebhe.info” xəbər verir ki, bunu Rusiyanın Təhsil və Elmə Nəzarət üzrə Federal Xidmətin (“Rosobrnadzor”) rəhbəri Anzor Muzayev RBC-yə müsahibəsində bildirib.

“Mən radikalam. Əgər siz ailənizlə gəlib bura vətəndaşlıq almaq və ya müvəqqəti yaşamaq fikrindəsinizsə, övladlarınızın bu ölkədə təhsil almasını istəyirsinizsə, o zaman onların müəyyən səviyyədə dil bilikləri olmalıdır”, - Muzayev deyib.

Onun fikrincə, miqrant ailələri nadir hallarda “çantalarını yığıb bir həftə sonra başqa ölkəyə köçməyə qərar verirlər”, buna görə də dil öyrənmək də daxil olmaqla köçə hazırlaşa bilərlər:

“Mərkəzi Asiyanı götürsək, rus məktəblərinin, rus dili mərkəzlərinin tikintisi və istismarı üçün çox vəsait ayrılıb. Ona görə də daimi yaşamaq üçün Rusiyaya köçmüş ailələrin uşaqları məktəbə gəlməmişdən əvvəl dili öyrənməlidirlər. Rus dilində bir kəlmə belə bilmədən 7-ci sinfə qədəm qoyan uşağı niyə məktəbə qəbul etməliyik?”, - deyə Muzayev bildirib.

“Rosobrnadzor” rəhbərinin sözlərinə görə, belə tələblər məcburiyyətdir:

“Biz belə tələblər irəli sürməsək, rus dilinə hörmət etməyə və öyrənməyə məcbur olmayacaqlar”.

Təhsil Nazirliyinin bu ilin iyun ayına olan məlumatına görə, rus məktəblərinə və uşaq bağçalarına gedən miqrant uşaqların təxminən 12%-i rus dilini ümumiyyətlə bilmir və ya  zəif bilir.

Xəzər

“Cebhe.info”