Şəhid anası vəfat etdi - FOTO
2023-cü il sentyabr ayında Antiterror əməliyyatları zamanı şəhid olan Mais Məhərrəmovun anası Mahirə xanım vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, Mais Məhərrəmov 20 sentyabr 2023-cü ildə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"Cebhe.info"