Tədris ili 31 mayda bitəcək? - Rəsmən açıqlandı

Tədris ili 31 mayda bitəcək? - Rəsmən açıqlandı

"Cebheinfo.az" xəbər verir ki, bu barədə axar.az-a Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilib:

“Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözgedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil”.

Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.

"Cebheinfo.az"