Trampa 30 gündə impiçment elan ediləcək

ABŞ Nümayəndələr palatasının üzvü Al Qrin 30 gün ərzində prezident Trampa impiçment elan edəcəyini bildirib. O, Vaşinqtonda Trampa qarşı keçirilən mitinqdə etirazçılara deyib ki, Tramp icraedici vəzifə tutmağa layiq deyil.
“Cebheinfo.az” bu barədə “The Hill”-ə istinadən yazır.
"Bu dəfə onu məhkum etmək üçün Senata ehtiyacımız var. Mən bilirəm ki, O, Qoliafdır, ordudakı generallara, Ədliyyə Departamentinə nəzarət edir. O, Respublikaçılar Partiyasına nəzarət edir. Amma hər Qoliafın bir davidi var. Bilməyinizi istəyirəm, cənab Prezident, bu David yaxın 30 gün ərzində sizə impiçment elan edəcək. Yaxın 30 gün ərzində impiçment işini təqdim edəcəyəm. Mən sənin üçün gəlirəm, cənab Prezident, bu Devid sizin üçün gəlir",-deyə o bildirib.
Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston “The Hill”-ə deyib ki, Trampın mövqeyi aydındır.
"Bu arada, Demokratların mövqeyi qeyri-qanuni əcnəbilərə sosial müdafiə, “Medicaid” və “Medicare” imtiyazları verməkdir ki, bu da həmin proqramları iflas edəcək və Amerika təqaüdçülərini əzəcək", - Hyuston bildirib.
Məlumat üçün bildirək ki, Al QrinTrampın Ağ Evdəki ilk müddətində bir neçə uğursuz impiçment cəhdinə rəhbərlik edib.
Daha sonra Nümayəndələr Palatası bu Texas demokratını Trampın Konqresə birgə müraciətini pozduğuna görə qınayıb.
Nümayəndələr Palatası müraciəti 224-198 səslə qəbul edib və Qrin aşağı palata tərəfindən töhmət verilən 28-ci Palata üzvü olub.
Xəzər
“Cebheinfo.az”