Qaraçuxurda manyak peyda olub? - Polis işə qarışdı

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub.
Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub:
“Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.
"Cebheinfo.az"