Kafe və restoranlara qənd-duz QADAĞASI

Rusiyada ictimai iaşə obyektlərində masaların üzərinə duz və qənd qablarının qoyulmasını qadağan edilə bilər.
“Cebhenfo.az” RİA "Novosti"-yə istinadən xəbər verir ki, müvafiq məktubla Dövlət Dumasının sədr müavini Vladislav Davankov “Rospotrebnadzor”-a müraciət edib.
Deputat qeyd edib ki, Rusiyada piylənmə və şəkərli diabet geniş yayılıb ki, bu da pis qidalanma ilə bağlıdır.
Onun sözlərinə görə, hər üçüncü rusiyalı yeməkləri çox duzlayır, ictimai iaşə müəssisələrində isə hər masanın üzərinə duz və şəkər qoyulur ki, bu da vətəndaşlar arasında bu məhsulların həddindən artıq istehlakı vərdişini formalaşdırır.
Məktubunda o, “Rospotrebnadzor”un rəhbəri Anna Popovadan təşəbbüsün həyata keçirilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməyi və dəstəkləndiyi təqdirdə qurumun müvafiq şöbələrinə Səhiyyə Nazirliyi ilə birlikdə masaların üzərinə duz qablarının və qənd qablarının yerləşdirilməsini istisna edən müəssisələr üçün yeni qaydaların tətbiqi barədə göstəriş verməsini xahiş edir.
Davankov hesab edir ki, duz və qənd qabları yalnız ziyarətçinin istəyi ilə verilməlidir.
O, həmçinin iddia edir ki, beynəlxalq təcrübə bu cür tədbirlərin qəbulu istehlakçıların azadlığını məhdudlaşdırmır, əksinə, qidalanmaya şüurlu münasibəti təşviq etdiyini göstərir.
Xəzər
“Cebheinfo.az”