Bazarlar çökdü: 17 ildən sonra İLK

Bazarlar çökdü: 17 ildən sonra İLK

Asiya-Sakit okean regionunun 13 ölkəsində iri və orta səviyyədə olan şirkətləri izləyən MSCI Asia Pacific Index aprelin 7-də 7 %-dən çox azalıb. 

“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, bu, 2008-ci ildən bəri ən pis vəziyyətdir.

Agentliyin məlumatına görə, satışa Çin şirkətlərinin səhmləri başçılıq edib. Honq-Konq birjasında satılan Çin səhmlərinin əsas göstəricisi 10 %-dən çox ucuzlaşıb.Asiya bazarlarının əksəriyyəti aşağı qiymətlərlə ticarət edir. Tayvanın texnoloji ağırlıqlı fond indeksi rekord 9,8 % azalıb. 

Yaponiya və Cənubi Koreyada əsas indekslər 4 %-dən çox düşüb. Hindistanın əsas fond indeksi 5,1 % azalıb, bu, 2024-cü ilin iyun ayından bəri ən pis göstəricidir.

Bəzi ölkələrdə - İndoneziya, Tayland və Vyetnamda bazarlar bayramlarla əlaqədar bağlanıb, lakin son günlərdə də azalma müşahidə olunub. Azalma Çin yuanı da daxil olmaqla Asiya valyutalarına da təsir edib və Filippin pesosu ən çox düşən valyuta olub.

Xəzər
“Cebheinfo.az”