İsrail İranı hədələdi

İsrail İranı hədələdi

İsrailin müdafiə naziri İsrael Kats Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyini İranla birbaşa əlaqələrdə ittiham edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, nazir radikallara İran tərəfindən edilən yardım yarım milyard dollar təşkil edib.

“İsrail Müdafiə Ordusunun Kəşfiyyat Bölməsi mənə Qəzza zolağında HƏMAS rəhbərliyinin tunellərində tapılmış gizli sənədi təqdim edib. Bu, İran və HƏMAS liderləri arasında birbaşa əlaqələri, eləcə də İranın HƏMAS-ın İsraili məhv etmək planını və 7 oktyabr (2023) hücumunu dəstəklədiyini sübut edir”, - İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Kats belə deyib.

“Bu sənəddə İsrailin məhvini maliyyələşdirmək üçün HƏMAS İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrindən 500 milyon dollar tələb edir”. 

“Nəticə göz qabağındadır. İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat bölməsində mənə İranın “ilan”ın başı olmasından ibarət gizli sənəd təqdim etdilər”, - deyə Kats əlavə edib.

O bildirib ki, İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcək.Həmçinin, İranın “şər oxu”nu məhv edənə qədər onun terror peyklərinə zərbələr endirməyə davam edəcək.

Müşfiq Abdulla 
“Cebheinfo.az”