Ukraynada Azərbaycan diaspor nümayəndəsi həlak olub

Ukraynanln Poltava vilayəti azərbaycanlılar Konqresinin sədr müavini Mütəllim Barat oğlu Babayev həlak olub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü, əslən Azərbaycanın Bərdə rayonundan olan M. Babayev aprelin 5-i axşam radələrində Poltava vilayəti ərazisində, Kremençuk yolunda idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində həlak olub.
Azərbaycanlı Poltavada dəfn olunacaq.
"Cebheinfo.az"