Sabah bu ərazilərdə işıq olmayacaq

Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar iki qəsəbədə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar 7 aprel tarixində bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
"Cebheinfo.az"