11 sm qar yağıb

Bazar günü Moskvaya qar yağıb və hündürlüyü 5-11 santimetr olan qar örtüyü əmələ gəlib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.
Sinoptik qeyd edib ki, şəhərin baza meteoroloji stansiyasının məlumatına görə, ötən gecə Moskvada 4 millimetr yağıntı düşüb. Şəhərin digər meteostansiyalarında yağıntının ölçüləri Tuşinoda 3 millimetr və Balçuqda 7 millimetr arasında qeydə alınıb ki, bu da aprel yağıntı normasının 8-19 faizini təşkil edir.
Moskvada qarın qalınlığı 5 santimetr, Yeni Moskvada - 11 santimetr, Tuşinoda 7 santimetr, Balçuqda 9 santimetrdir.
Xəzər
“Cebheinfo.az”