Bir gündə Trampa qarşı milyonlar küçəyə çıxdı: “Əlini çək”

Bir gündə Trampa qarşı milyonlar küçəyə çıxdı: “Əlini çək”

ABŞ-nin 50 ştatında və dünyanın müxtəlif yerlərində Prezident Donald Tramp və İlon Maska qarşı demokratiya tərəfdarı hərəkatın “düşməncə ələ keçirmə” adlandırdıqları, Amerikanın hüquq və azadlıqlarına hücumuna cavab olaraq təşkil etdiyi etiraz aksiyaları təşkil olunub. Aksiyalarda milyonlarla insan iştirak edib.

“Cebheinfo.az” bu barədə CNN-ə istinadən xəbər verir ki, 1400-dən çox kütləvi etiraz aksiyası "Əllərini çək!" şüarlı ilə keçirilib. Təşkilatçıların dediyinə görə, ştatın kapitollarında, federal binalarda, konqres ofislərində, sosial müdafiə qərargahlarında, parklarda və bütün ölkə boyu şəhər meriyalarında baş tutub.

"Əllərini çək!" kampaniyasında  onlardan həyata keçirilən tədbirlərə son verilməsi tələb edilib.

Vətəndaş hüquqları təşkilatları, veteranlar, qadın hüquqları qrupları, həmkarlar ittifaqlarının daxil olduğu ümummilli koalisiya ilə əməkdaşlıqda hərəkata rəhbərlik edən təşkilatlardan biri olan “Indivisible”-ın məlumatına görə, bəziləri London və Paris kimi böyük şəhərlərdə baş tutan tədbirlərə təxminən 600000 adam olub.

Xəzər
“Cebheinfo.az”