“Sabah” “Kəpəz”ə, “Qarabağ” “Zirə”yə qarşı

“Sabah” “Kəpəz”ə, “Qarabağ” “Zirə”yə qarşı

Azərbaycan Premyer Liqasında 28-ci tur davam edir. 

“Qafqazinfo” xəbər verir ki, bu gün daha iki matç oynanılacaq. 

Əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 36 xalla 5-ci, Gəncə klubu 24 xalla 9-cu pillədə qərarlaşıb. 

Günün ikinci qarşılaşmasında 67 xalla lider olan “Qarabağ” 12 xal az toplanış ən yaxın izləyicisi “Zirə”ni qəbul edəcək. 

Qeyd edək ki, tura sabah yekun vurulacaq. 

6 aprel (bazar)

17:00. “Sabah” - “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Ətraflı

 

VAR: Nicat İsmayıllı

AVAR: Akif Əmirəli

“Bank Respublika Arena”

19:30. “Qarabağ” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Tofiq Bəhramov adına Respublika Stadionu

"Cebheinfo.az"