VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb

VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb

Bu gün Qarabağ Universitetində keçiriləcək "Yeni dünya nizamına doğru" mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunun iştirakçılarının Xankəndiyə səfəri başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

09:08

Bu gün Xankəndidə keçiriləcək "Yeni Dünya Nizamına Doğru" mövzusunda VII ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gediblər.

"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Qarabağ Universitetində baş tutacaq.

Qeyd edək ki, forumda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

"Cebheinfo.az"