2028-ci ildə yenidən namizəd olacam - Sinan Oğan

2028-ci ildə yenidən namizəd olacam - Sinan Oğan

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində iştirak edən Sinan Oğan yenidən namizədliyini irəli sürmək niyyətindədir.

Bu barədə o, yerli mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, 2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacaq. "Heç kimə sirr deyil, indidən elan edirəm, 2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm", - Oğan qeyd edib.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyib.

Cebhe.info