3 İsrail əsgəri öldürüldü

3 İsrail əsgəri öldürüldü

İsrail ordusu Misirlə sərhəddə baş verən qarşıdurmada 3 əsgərin öldürüldüyünu açıqlayıb.

Cebhe.info xəbər verir ki, daha bir əsgər isə yüngül yaralanıb.

Hücum edənin Misir polisi olduğu və İsrail əsgərinin cavab atəşi açması nəticəsində öldürüldüyü bildirilib.

İsrail ordusundan verilən açıqlamada araşdırmanın Misir ordusu ilə tam əməkdaşlıq şəraitində aparıldığı vurğulanıb.

Naibə
Cebhe.info