498 gün əsirlikdə: "Hər iki ayağından güllə yarası alıb"

498 gün əsirlikdə: "Hər iki ayağından güllə yarası alıb"

Ötən həftə HƏMAS-ın əsirliyindən azad edilən Rusiya vətəndaşı Aleksandr Trufanovun anası onun azad edilməsinə köməklik göstərən hər kəsə təşəkkür edib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Yelena Trufanova "Ynet" portalına açıqlama verib.

O, oğlunun əsirlikdə olarkən ayağından güllə yarası aldığını bildirib.

“Saşa sağ-salamat qayıtdı və bu, böyük sevincdir. Oğlumun oğurlanması zamanı hər iki ayağından güllə yarası alıb və onun ayaq üstə durması və yeriməsi bizim üçün möcüzədir", - o deyib.

Aleksandr Trufanov İsrail və Rusiya vətəndaşıdır, 498 gün əsirlikdə olub. Gənc oğlan anası Yelena, nənə İrina və dostu Sapir Koenlə birlikdə evindən qaçırılıb. Hər üç qadın 2023-cü ilin noyabrında azadlığa buraxılıb. Trufanov fevralın 15-də iki israilli girovla birlikdə HƏMAS tərəfindən azad edilib.

"Cebheinfo.az"