65 il əvvəl öldürülən uşaq: Qətlin sirri açıldı

65 il əvvəl öldürülən uşaq: Qətlin sirri açıldı

ABŞ-nin Viskonsin ştatının müstəntiqləri cəsədi su kanalında tapılan 7 yaşlı oğlanla bağlı müəmmalı 65 yaşlı qətl işini açıblar.

Bunun üçün onlar DNT dəlillərindən istifadə ediblər.

“Cebhenfo.az” xəbər verir ki, bu barədə “CBS News” yazıb. 

Ozoki əyalət şerifinin rəsmiləri bildiriblər ki, 4 oktyabr 1959-cu ildə Mekon şəhərindən təqribən 20 mil şimalda yerləşən Mequonda su kəmərində insan skeleti tapılıb. O zaman skeletin 6-8 yaş arası uşağa aid olduğu güman edilirdi. Məlum olub ki, Markku Jutila adlı uşağı övladlığa götürən valideynləri Villiam və Hilja Jutilanın qohumları uşağın yoxa çıxmasıdan şübhələniblər. 

Ər-arvad bildirib ki, Çikaqoya yeni köçüblər və Markkunun cəsədini Çikaqoya gedərkən xəndəyə atıblar. Ozaki Şerif Ofisinin məlumatına görə, Hilja daha sonra uşağı döyərək öldürdüyünü etiraf edib. 1966-cı ildə cütlük Çikaqoda həbs olunub və oğullarının ölümündə ittiham olunmaq üçün Viskonsinə ekstradisiya edilib.

Lakin səkkiz ay sonra müstəntiqlər Markkunun ölümünü Mequonda tapılan skeletlə əlaqələndirmədikləri və cinayətlə əlaqəli ola biləcək heç bir cəsəd olmadığı üçün ailəyə qarşı ittihamlar ləğv edilib.

İş 2023-cü ilin oktyabrına qədər bağlı qalıb. O zaman DNT testi skeletin Çaster Alfred Brayna məxsus olduğunu üzə çıxarıb. Məlum olub ki, onun anası 2001-ci ildə vəfat edib və heç bir qohumu yoxdur. Övladlığa götürmə qeydlərinə əsasən məlum olub ki, Çaster Xoşməramlı Təsərrüfat Uşaq Evinə yerləşdirilib və 1955-ci ilin martında Jutilalar tərəfindən övladlığa götürülüb. 

Bundan sonra adı Markku Jutila olaraq dəyişdirilib. Sonrakı araşdırmalarda Markkunun çox güman ki, ciddi baxımsızlıqdan öldüyü və qabırğalarının sınıqlarının sağaldığı məlum olub.

Onun övladlığa götürən valideynlərinin hər ikisi 1988-ci ildə vəfat etdiyinə görə, bu işdə heç bir ittiham irəli sürülməyəcək.

Xəzər
“Cebheinfo.az”