Abdullahian: "ABŞ-ni xəbərdar etmişdik"

Abdullahian: "ABŞ-ni xəbərdar etmişdik"

"Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq ABŞ-ni İsraili vuracağı ilə bağlı xəbərdar edib".

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O bildirib: “Biz ABŞ-yə əməliyyat barədə məlumat verərək, Bazar günü səhər göndərdiyimiz başqa bir mesajda bölgədəki vəziyyəti daha da çətinləşdirmək istəmədiyimizi bildirdik. Amerikalılara açıq şəkildə bildirdik ki, zərbə qərarı ölkə prezidentinin sədrlik etdiyi İranın Ali Milli Təhlükəsizlik Şurası verib”.

Eyni zamanda, Abdullahian ABŞ-nin bölgədəki Amerika maraqlarının toxunulmayacağı barədə əvvəlcədən məlumatlandırıldığını vurğulayıb.

Mesajlar xüsusilə ABŞ-nin İrandakı maraqlarını təmsil edən İsveçrə səfirliyi və digər rəsmi diplomatik kanallar vasitəsilə ötürülüb.

Bu həftənin əvvəlində Vaşinqton bəyan etmişdi ki, İran İsrailə zərbələr endirilməsi barədə ABŞ-ı əvvəlcədən xəbərdar etməyib.

"Cebhe.info"