İsraildə Türkiyə vətəndaşı öldürülüb

İsraildə Türkiyə vətəndaşı öldürülüb

Türkiyədən İsrailə gedən Türkiyə vətəndaşı Qüdsdə sərhəd təhlükəsizliyini həyata keçirən polislərdən birini bıçaqlayıb.

"Cebhe.info" "Reuters"ə istinadən xəbər verir ki, bu zaman İsrail polisi Türkiyə vətəndaşına qaşı silah tətbiq edib. Nəticədə Türkiyə vətəndaşı aldığı güllə yarasında yerindəcə keçinib.

Bədəninin yuxarı hissəsindən yaralanan sərhəd polisinin vəziyyətinin yaxşı olduğu açıqlanarkən, Türkiyə vətəndaşının 34 yaşında olduğu bildirilib.

İsrail polisindən verilən yazılı açıqlamada qeyd olunur ki, naməlum şəxs yerli vaxtla saat 12:30 radələrində polisə bıçaqla hücum etməyə cəhd edib: “Polis isə şübhəli şəxsi atəş açaraq zərərsizləşdirib".

İsrail polisi hadisəni törədən şəxsin qaldığı Şərqi Qüdsdəki otelə basqın edərkən hadisə ilə bağlı araşdırmalarını davam etdirdiklərini açıqlayıb.

Nigar Hacılı 
"Cebhe.info"