ABŞ Ukrayna böhranından necə faydalanır? - AÇIQLAMA

ABŞ Ukrayna böhranından necə faydalanır? - AÇIQLAMA

ABŞ-ın dövlət katibi Entoni Blinken Helsinkidə çıxışı zamanı ABŞ-ın Ukrayna böhranından faydalanması haqqında danışıb.

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti"yazıb.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət ABŞ-ın Çin Xalq Respublikasının (ÇXR) yaratdığı potensial təhlükələrə cavab vermək qabiliyyətini gücləndirib.

“Ukraynadakı münaqişə ABŞ-ın Çindən gələn potensial təhdidlərə cavab vermək imkanlarını azaltmayıb, daha da gücləndirilib”, - deyə o vurğulayıb.

Eyni zamanda, dövlət katibi qeyd edib ki, Ukrayna böhranı ABŞ-ın diqqətini Hind-Sakit okean regionundakı vəziyyətdən yayındırmayıb.

Xatırladaq ki, bundan əvvəl Blinken bildirmişdi ki, ölkəsi Rusiyanı Ukrayna üzrə danışıqlar masasına oturdacaq istənilən təşəbbüsü alqışlayacaq.

Əlavə edək ki, iyunun 1-də Ağ Evin rəhbəri Co Bayden Vaşinqtonun Çinlə sərt rəqabətə hazır olduğunu və paralel olaraq birgə işləməyə hazır olduğunu bildirib.

"ABŞ və Çin iqlim dəyişikliyi kimi ümumi problemləri həll etmək üçün birlikdə işləyə bilməlidir", - deyə Bayden qeyd etmişdi.

Sevinc Tapdıqqızı
Cebhe.info