Prezident məmurlara qadağa qoydu

Qırğızıstan Prezidenti Sadır Japarov ad günündə məmurlara ona hədiyyə verməyi qadağan edib.
Modern.az xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov deyib.
O xatırladıb ki, dekabrın 6-sı dövlət başçısının yubileyidir, onun 55 yaşı tamam olur.
Edil Baysalov president Sadır Japarovu “müstəsna təvazökar insan” adlandırıb və deyib ki, məmurlara ona hədiyyə verməyi qadağan edib.
"Cebhe.info"