Ağ Evdən Mask açıqlaması: “Müstəqil şəkildə qərarlar...”

Ağ Evdən Mask açıqlaması: “Müstəqil şəkildə qərarlar...”

““Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan amerikalı sahibkar İlon Mask ABŞ hökumətinin fəaliyyətini təkmilləşdirmək üçün yaradılan ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri deyil. Mask yalnız ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi kimi fəaliyyət göstərir".

"Cebheinfo.az" "Axios" portalına istinadən xəbər verir ki, bunu Ağ Ev Aparatının rəhbəri Coşua Fiçer deyib.

O bildirib ki, Mask digər baş məsləhətçilər kimi müstəqil şəkildə dövlət adına qərarlar qəbul etmək səlahiyyətinə malik deyil.

Səbinə Uğur
"Cebheinfo.az"