Aİ: Ukrayna sülh masasına güclü oturmalıdır

Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiya ilə sülh masasında mövqeyini möhkəmləndirməli, əldə edilən istənilən sülh müstəqillik, suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik təminatlarını ehtiva etməlidir.
“Cebheinfo.az” xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta Parisdə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna ilə bağlı fövqəladə zirvə toplantısından sonra bu məzmunda eyni mesajı sosial media hesablarında paylaşıblar. İki lider zirvə görüşündə Ukraynanın sülh masasına möhkəm mövqedə gəlməsinin razılaşdırıldığını, sülhün ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və güclü təhlükəsizlik təminatı olmasının vacibliyini vurğulayıblar.
Avropanın Ukraynaya hərbi yardım göstərmək üçün əlindən gələni etdiyini deyən liderlər müdafiə investisiyalarının, istehsalın və xərclərin artırılmasına ehtiyac olduğunu da qeyd ediblər.
Sammitin məqsədi Ukraynadakı vəziyyət və Avropada təhlükəsizlik məsələləri ilə bağlı liderlər arasında məsləhətləşmələrə başlamaqdır. ABŞ-də Donald Tramp administrasiyası tərəfindən gündəmə gətirilən və Avropanın kənar tutulduğu sülh danışıqları ilə bağlı proseslərin qiymətləndirildiyi sammitdə Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri ilə yanaşı, fon der Leyen, NATO-nun baş katibi Mark Rutte də iştirak ediblər.
Nigar
“Cebheinfo.az”