Aİ və Ukrayna qanunverici orqanları memorandum imzaladı

Aİ və Ukrayna qanunverici orqanları memorandum imzaladı

Avropa Parlamenti və Ukrayna Ali Radası anlaşma memorandumu imzalayıb. 

Cebhe.info xəbər verir ki, memorandum Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Brüsselə səfəri çərçivəsində imzalanıb.

O, səfərini belə şərh edib:

"Əsas məqsəd Ukraynanın Avropaya inteqrasiyası və üzvlük danışıqlarının başlanması ilə bağlı mühüm qərarların irəli sürülməsi üçün səyləri səfərbər etməkdir".

O qeyd edib ki, anlaşma memorandumu vacib sənəddir.

Avropa Parlamenti həmçinin memorandumun imzalanmasını çoxölçülü tərəfdaşlığın möhkəmləndirilməsində mühüm addım və Ukrayna siyasi institutlarının Aİ-yə inteqrasiyasına hazırlanmasında mühüm element”adlandırıb.

Cebhe.info