Almaniyanın Kalininqraddakı baş konsulluğu fəaliyyətini dayandırıb

Almaniyanın Kalininqraddakı baş konsulluğu fəaliyyətini dayandırıb

Rusiyanın Kalininqrad şəhərindəki Almaniya baş konsulluğu noyabrın 30-dan etibarən fəaliyyətini dayandırır.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat onun rəsmi saytında yerləşdirilib.

“Pasport məsələləri üçün Sankt-Peterburqdakı baş konsulluğa müraciət edin. Viza ilə bağlı suallarınız üçün Almaniyanın Moskvadakı səfirliyinin viza şöbəsi ilə əlaqə saxlayın”, - məlumatda qeyd edilib.

Cebhe.info