Avropada QİÇŞ-ə yoluxma sayında ARTIM

Avropada İİV-ə yoluxma hallarının sayı dünyanın digər yerləri ilə müqayisədə daha sürətlə artır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Henri Kluj bildirib.
O, bu barədə dekabrın 1-də qeyd olunan Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş çıxışında danışıb. Klujun sözlərinə görə, Avropada bu tendensiya “on il ərzində dəyişməyib”. Oqeyd edib ki, regionun ayrı-ayrı ölkələrində vəziyyət fərqli ola bilər.
“Regionumuzun bir sıra ölkələrində ölüm halları qəbuledilməz dərəcədə yüksəkdir, digərlərində İİV-in ötürülməsi demək olar ki, tamamilə dayanıb”, - deyə o bildirib.
Qeyd edək ki, ÜST-ün Avropa regionuna 53 ölkə, o cümlədən Aİ ölkələri, Rusiya və MDB ölkələri daxildir.
Avropada İİV-ə yoluxma sayı 2022-ci ildə əvvəlki illə müqayisədə 3,4% artaraq təxminən 3,9 milyon nəfər təşkil edib. Müqayisə üçün qeyd edək ki, Afrikada artım 0,4% (25,6 milyon), Amerika qitəsində 2,7% (3,8 milyon), bütövlükdə dünyada isə 0,8% (39 milyon qədər) olub.
Cebhe.info