Babacan və Davudoğlunun partiyaları birləşir?

Babacan və Davudoğlunun partiyaları birləşir?

Türkiyədə bir müddətdir Demokratiya və Sıçrayış Partiyası (DEVA) ilə Gələcək Partiyasının birləşməsi istiqamətində danışıqlar aparılırdı.

“Cebheinfo.az” xəbər verir ki, birləşməsi gözlənilən partiyalar bağlı sürpriz bir iddia yayılıb.

Belə ki, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun birləşmə şərti olaraq 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsini istədiyi deyilir. 

Lakin türk mediasında yayılan xəbərlərə əsasən, DEVA Partiyası bu təklifi rədd edib. DEVA rəsmiləri seçkiyə 4 il varkən namizədin indidən elan etməyin doğru olmadığını düşünürlər. 

Onların yeni partiya sədrinin Əli Babacan, fəxri liderin isə Əhməd Davudoğlu olmasının doğru olacağı qənaətində olduqları bildirilir.
 
Amma Davudoğlunun sözügedən təklifi qəbul etmədiyi iddia olunur. 

Bütün bunların fonunda isə iki partiya arasındakı danışıqlar dalana dirənib. 

Elmir Mustafa
“Cebheinfo.az”