Baş nazir: “ABŞ artıq etibarlı tərəfdaş deyil”

Baş nazir: “ABŞ artıq etibarlı tərəfdaş deyil”

Kanadanın Baş naziri Mark Karni bəyan edib ki, ABŞ artıq etibarlı tərəfdaş deyil.

"Cebheinfo.az" "The New York Times"-a istinadən bildirir ki, onun bu sözləri Trampın avtomobillərə tətbiq edəcəyi rüsumları elan etməsindən sonra səslənib.

"Aydın məsələdir ki, Amerika Birləşmiş Ştatları artıq etibarlı tərəfdaş deyil", - deyə Karni bildirib və əlavə edib ki, Kanada qonşusu ilə "fərqli münasibətlərlə" üzləşib.

O qeyd edib ki, ölkəsi sürətlə digər dövlətlərlə daha fəal ticarətə keçməli olacaq.

Bildirək ki, Karni Kanadanın ABŞ-ə qarşı əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb, lakin onların yekun təsdiqinin aprelin 2-nə (ABŞ-nin rüsumları qüvvəyə minəcəyi günə) qədər verilməyəcəyini vurğulayıb.

Baş nazir bildirib ki, əvvəlcə ABŞ Prezidenti Donald Trampın hansı digər ticarət tədbirlərini elan etdiyini görmək lazımdır, bundan sonra Kanadanın cavab tədbirləri açıqlanacaq.

"Biz bir həftə sonra vəziyyəti daha aydın görəcəyik və müvafiq cavab verəcəyik", - deyə Karni vurğulayıb.

Səbinə Uğur
"Cebheinfo.az"