Bayden və Tramp ölkəyə xeyirdən çox ziyan vurur - SORĞU

Bayden və Tramp ölkəyə xeyirdən çox ziyan vurur - SORĞU

ABŞ-də aparılan sorğuya əsasən, amerikalıların əksəriyyəti hazırkı Prezident Co Bayden və keçmiş prezident Donald Trampın hakimiyyətdə olduqları müddətdə mühüm məsələlərdə ölkəyə xeyirdən çox zərər gətirdiyini düşünür.

"Cebhe.info" xəbər verir ki, "Associated Press"in (AP) "NORC" İctimai Əlaqələr Mərkəzinin 4-8 aprel tarixlərində keçirdiyi sorğuda 1204 seçicidən Bayden və Tramp administrasiyasını qiymətləndirmələri istənilib.

Respondentlərin əksəriyyəti Bayden və Trampın prezidentlikləri dövründə mühüm məsələlərdə ölkəyə xeyirdən çox zərər gətirdiyini bildirib.

İştirakçılar Bayden administrasiyası dövründə ölkəyə gələn qaçqınların sayının artmasından narahat olduqlarını bildiriblər.

Sorğu iştirakçılarının yarıdan çoxu Baydenin yaşayış xərcləri və immiqrasiya məsələlərində ölkəyə zərər verdiyini bildirib.
Rəyi soruşulanların yalnız 20 faizi Bayden administrasiyasının yaşayış dəyəri məsələsini dəstəklədiyini, yalnız 16 faizi isə sərhəd təhlükəsizliyi ilə bağlı addımlar atdığını qeyd edib.

Respondentlərin 46 faizi Trampın immiqrasiya probleminə qarşı tədbir gördüyünü, 40 faizi isə yaşayış xərcləri məsələsində onu dəstəklədiyini bildirib.

İştirakçıların yarısı Trampın prezidentliyi dövründə məşğulluğun artdığını düşündüyü halda, Bayden administrasiyası üçün bu nisbət 36 faizə enib.

Respondentlərin 30 faizi bildirib ki, prezidentlərdən ikisi də onlara kömək etməyib.

Nigar Hacılı 
"Cebhe.info"