ABŞ yaxın günlərdə İranı vurmağa hazırlaşır - KİV

ABŞ-nin yüksək rütbəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var.
Mənbələr bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi ilə bağlı mövqeyi son günlər Respublikaçı müttəfiqlərin təzyiqi nəticəsində kəskin şəkildə dəyişib.
"Cebheinfo.az"