Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub

Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub

Yaponiyanın şimalındakı Hokkaydo adasının şimal-şərqində, Sakit okeanda 6,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, nəqliyyat adi qaydada işləyir. Zəlzələ Hokkaydonun geniş ərazilərində hiss olunub.

​​​​​​"Cebheinfo.az"